Bakıda qəza sıxlığa səbəb olub

Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, “Koroğlu” metrostansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən də qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.

08.09.2022 19:21
641