Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Musavat.com-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb.
Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə işıqforlara "yaşıl dalğa" rejimi tətbiq edilib.