Bakıda qəza oldu - YARALANAN VAR

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Qarayev Taleh Elman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır./Report

18.02.2024 11:53
678