Bakıda qəza: Avtomobil işıqfora çırpıldı - VİDEO

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.

25.01.2025 15:20
575