Bakıda qeydiyyatsız yaşayan İran vətəndaşı saxlanılıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 575-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması qaydalarının pozulması) maddəsi əsasında protokol tərtib edilib. O, Dövlət Miqrasiya Xidmətinə göndərilib.
Shoki Daryoushun Azərbaycanda hansı fəaliyyətlə məşğul olması barədə məlumat verilməyib.