Bakıda qəbirstanlıqda bir nəfər bıçaqlanıb

Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qəbirstanlıq ərazisində qeydə alınıb. 1979-cu il təvəllüdlü İmaməliyev Nail Salman oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

11.04.2022 02:09
734