Bakıda qaz sayğacını sındıran gənclərin axtarışına başlandı - VİDEO

Bakıda küçədən keçən gənclər yumruq atıb qaz sayğacını sındırıblar.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər təhlükəsizlik kameralarında aydın şəkildə görüntüləniblər.

Gənclər o küçədən keçərkən onlardan biri qaz sayğacına yumruqla zərbə vurub. Nəticədə qaz sayğacının üst qutusu sınıb və sayğacda da nasazlıq yaranıb.

Artıq polis bununla bağlı araşdırmaya başlayıb.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

08.08.2024 13:53
574