Bakıda qadının bank hesabından 2000 manat oğurlanıb

Bakı şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib.

Xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

23.12.2022 12:25
400