Bakıda qadını avtomobil vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Azadlıq prospekti 3 ünvanında qeydə alınıb. Belə ki, yolu keçərkən 1985-ci il təvəllüdlü Əhmədova Günel Ramiz qızını minik avtomobili vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

13.02.2023 02:01
504