Bakıda qadını avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

1989-cu il təvəllüdlü Lilxanova Olqa Viktorovna yolun əks tərəfinə keçərkən onu minik maşını vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

28.10.2024 04:07
422