Bakıda qadın və iki qız nəvəsi evdə bıçaqlandı

Bakıda evdə 3 qadına xəsarət yetirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 18, 19 və 61 yaşlı 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.

20.05.2024 15:18
1253