Bakıda qadın sərnişinlərə "girişən" taksi sürücüləri məsuliyyətə cəlb edilib

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib.

Bu barədə "Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

"Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir", - DİN-in məlumatında bildirilib.

Musavat.com

 

14.02.2023 11:17
781