Bakıda qadın "Chevrolet"in altında can verdi

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Ənvər Əliyev idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən İlhamə Ağayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report)

21.01.2025 10:55
623