Bakıda Putinə hansı yeməklər təqdim olunub? - Menyu AÇIQLANDI

Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə keçirilən dövlət qəbulunda badımcan ləvəngisi, qutab, kartofla qızardılmış çay foreli və təndirdə qızardılmış keçi əti təqdim edilib.

Musavat.com xəbər verir ki, menyuda həmçinin qara kürü, qızardılmış badımcan salatı, ayranaşı, qızardılmış düşbərə, üzüm yarpağı və püstə yarpaqlarından hazırlanmış dolma, milli şirniyyatlar olub.

Qəbul iştirakçılarına içki kimi "Savalan Sauvignon Blanc 2022" və "Meysari Makhmari 2020" çaxırları təklif edilib.

Şahanə Rəhimli
Musavat.com

19.08.2024 18:19
3484