Bakıda vətəndaş əqli məhdudiyyətli şəxsin onu izlədiyini və narahat etdiyini iddia edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Paylaşımı edən xanım iddia edir ki, hadisə axşam saatlarında paytaxtın 9-cu mikrorayon ərazisində, Mir Cəlal küçəsi 105 ünvanında baş verib.
Xanım iddia edir ki, həmin şəxs onu artıq bir neçə gündür bu formada təqib edib. Ona irad bildirdiyində isə şəxs xanıma "mənə heç kim heç nə edə bilməz" deyib.
Ətraflı ATV Xəbər-in hazırladığı sujetdən izləyə bilərsiniz: