Bakıda "Prius" qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO/VİDEO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva keçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Nəticədə “Prius” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”-da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

04.05.2022 09:13
1474