Bakıda “Prius” hasarı dağıdıb parka girdi- FOTO

Bakıda taksi fəaliyyəti göstərən daha bir “Toyota Prius” markalı avtomobil qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, Xətai rayonu, Xocalı prospekti ərazisində avtomobil yolun hərəkət hissələrinin arasında salınmış parka daxil olub. Belə ki, “Toyota Prius” markalı nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq parkın divarına çırpılıb və ağaclıq sahəyə daxil olaraq dayanıb.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:


25.11.2022 17:30
849