Bakıda piyadanı avtomobil vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Təbriz küçəsində baş verib.

1979-cu il təvəllüdlü Şahsevənov Seymur Barat oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyib.

Bu zaman onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

13.03.2023 01:43
472