Bakıda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Hüseynov Hüseyn Əmirxan oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.

13.05.2022 22:33
500