Bakıda piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Vəliyev Vasif Mətləb oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

10.05.2022 04:22
508