Noyabrın 20-də saat 00:25 radələrində Bakıda piyada ölümü ilə nəticələnən avtomobil qəzası olub.
Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, E.Qəmbərov küçəsi 2 ünvanında İsmayılov Elşad Vəli oğlu idarə etdiyi "Nissan Tida" markalı, 90-TT-762 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən piyada - 1963-cü il təvəllüdlü, Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Oktyabr küçəsi, ev 7, mənzil 4-də yaşamış Hüseyn Baxşeiş Saruxan oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətdən Sabunçu tibb mərkəzində ölüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq müstəntiq Nicat Naibov tərəfindən istintaq aparılır. (Report)