Bakıda partlayışda xəsarət alan Pakistan və Hindistan vətəndaşlarının vəziyyəti açıqlandı

Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

"Hadisə zamanı evdə olan bədən xəsarəti alanlardan 4-nün də vəziyyəti orta ağırdır. Onlar üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".

31.01.2023 11:42
651