Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
Musavat.com