Bakıda parklanma ilə bağlı YENİ XƏBƏR

İndiyə qədər Bakıda 19 minə yaxın parklanma yeri təşkil edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

"Parklanma sahəsində hər ay nizam-intizamın artdığının şahidi oluruq. Qanunsuz parklanma yeri təşkil edən fiziki və hüquqi şəxslərə maliyyə sanksiyaları nəzərdə tutulur. Parklanma ilə bağlı nağd ödənişlər də qanunsuzdur", - deyə o qeyd edib.

19.07.2024 10:40
1380