Bakıda parkda məktəbli tanışını bıçaqladı - TƏFƏRRÜAT

Bakıda söyüşə görə tanışını bıçaqlamaqda təqsirləndirilən 2006-cı il təvəllüdlü Murad Zərbəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Murad Zərbəlizadə 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin iyulunda “Alov” parkında baş verib. Murad Zərbəlizadə “Instagram” sosial şəbəkəsində Fərhad Soltanovla tanış olub. Daha sonra Murad sosial şəbəkədə Fərhadla mübahisə edib. Bundan sonra Murad Fərhadı “Alov”parkına çağıraraq sosial şəbəkədəki mübahisəni davam etdirib. Nəticədə Murad üzərində gəzdirdiyi bıçaqla Fərhadı vurub.

Qeyd edək ki, Murad Zərbəlizadə hadisə baş verən vaxt orta məktəbdə oxuyurmuş.

03.10.2023 20:41
1076