Bakıda yeniyetmələr arasında kütləvi dava olub.
Hadisə Nərimanov rayonu Təbriz küçəsində Şuşa İstirahət Parkında baş verib. 15 yaşlı R.Y. bacısı ilə telefonda danışdığını iddia edərək H.Ə.-ni məsələyə həll etməyə çağırıb. Bu zaman R.Y. “söhbət”ə daha 2 yeniyetmə dostu ilə gedib.
Burada onlar arasında dava olub. Dava zamanı dostlardan biri turist bıçağı H.Ə.-yə xəsarət yetiriblər.
Hadisəni törədənlər polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Şübhəlilər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə onların barəsində yetkinlik yaşına çatmadıqları üçün valideyn nəzarətinə verilməsi barədə qərar verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 8-də keçiriləcək.//Lent.az