Bakı şəhərində yerləşən parkların birində ağaclar kəsilib.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında ağaclar kəsilib.
Xətai Rayon İcra Hakimiyyəti parkda ağacların kəsilməsi barədə açıqlama verib.
Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə quruyan ağaclar kəsilib:
“Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Hazırda onların yerinə yeni ağaclar əkilir”.
Qeyd edək ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanmışdı. 2021-ci ilin avqust ayında park açılıb.