Bakıda fəaliyyət göstərən oyun zallarının birində oğurluq hadisəsi baş verib.
Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub. Məlumata görə, oyun zalında işləyən şəxsin mobil telefonu müştəri adı ilə zala daxil olan şəxs tərəfindən oğurlanıb.
Hadisə “Sahil” metrostansiyası yaxınlığındakı oyun zalında qeydə alınıb.