Bakıda çalışan əhalinin orta aylıq maaşı artıb.
Musavat.com xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb.
Belə ki, paytaxt əhalisinin orta aylıq əməkhaqqı 1174,5 manat təşkil edib.