Bakıda çoxmərtəbəli binada yerləşən mənzilə kran vasitəsilə divan qaldırılıb.
Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Divanın 2 nəfərin müşayiəti ilə binanın 10-cu mərtəbəsinə qaldırıldığı, daşınma zamanı heç bir təhlükəsizlik tədbirlərinin gözlənilmədiyi görünür. Divanın hündürlüyə qaldırılması zamanı fəhlələrin və ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yarandığı müşahidə olunur.
Sözügedən görüntüləri təqim edirik: