Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq edib

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb. Belə ki, oğlu onu ağac budağı ilə döyüb. Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

13.02.2023 00:44
735