Bakıda obyektdə güclü yanğın, yol bağlandı- FOTOLAR

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verib.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

***

DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, sözügedən ərazidə baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


23.12.2024 18:40
2360