Bakıda nəqliyyat dəhlizləri üzrə üçtərəfli görüş keçiriləcək

Sentyabrın 8-9-da Bakıda regional nəqliyyat dəhlizləri, xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Rəşt-Astara dəmir yolu xətti üzrə İran, Rusiya və Azərbaycanın üçtərəfli görüşü keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın “Tasnim” xəbər saytı məlumat verib.

İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri, eləcə də İranın nəqliyyat nazirinin iştirakı gözlənilir.

04.09.2022 23:51
745