Bakıda nənəsi ilə yolu keçən beşyaşlı uşağı avtomobil VURDU

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Xətai rayonunda nənəsi ilə yolu keçən 2019-cu il təvəllüdlü Amil Emil oğlu Vəliyevi avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.//Report

31.03.2024 01:12
689