Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.
Musavat.com Report.az-a istinadən xəbər verir ki, hadisə nazirliyin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.
Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.
İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.