Bakıda "narkomanlar yuvası": "Üzümü göstərmə, anamın ürəyi partlayıb ölər"

Paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov 10 ünvanında “narkomanlar yuvası” yerləşir.

Musavat.com ATV Xəbərə istinadən xəbər verir ki, şəhərin mərkəzində, günün istənilən vaxtlarında 4 mərtəbəli tikilinin hər mərtəbəsində narkotik istifadəçilərini görmək mümkündür.

Belə ki, kimiləri istifadə edir, kimiləri isə alış-satışla məşğuldur.

19.04.2022 16:40
1225