Bakıda müəllim turşudan zəhərlənərək öldü - FOTO

Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.

Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.

Mərhum ailəli olub, iki övladı var.

23.11.2022 15:55
896