Bakıda mikroavtobus yanıb

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı mikroavtobusun yanar hissələri yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

19.08.2023 23:34
483