Bakıda mənzildə meyit tapılıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.