Bakıda məşhur hotel yanıb

Bakının Nərimanov rayonunda hoteldə yanğın olub.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən "Ammar Grand" otelində qeydə alınıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğının otelin mətbəxində mətbəx avadanlığından başladığı bildirilir.

Yanğın Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının müdaxiləsi nəticəsində söndürülüb.

02.08.2024 21:51
1344