Bakıda məsciddən oğurluq edilib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik.
DİN-in mətbuat xidmətindən Nurlan Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, oğurluq faktı ilə bağlı daxil olmuş müraciət üzrə araşdırma aparılır.
Nəticəsi ilə bağlı məlumat veriləcək.