Bakıda mənzildən oğurluq edilib.
Musavat.com DİN-ə istinadən xəbər verir ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.