Bakıda məktəbli vəfat edib.
Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Çingiz Səbuhi oğlu Quliyev xəstəxanada dünyasını dəyişib.
Bildirilib ki, martın 27-də yüksək temperaturla Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün davam edən müalicəyə baxmayaraq, Ç.Ş.Quliyev vəfat edib.//Publika