Bakıda məktəbdə 11-ci sinif şagirdləri arasında dava olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sözügedən məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qızlar arasında dava psixoloqa getmək üstündə düşüb. Belə ki, qızlardan birini anası psixoloqa aparıb, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.