Bakıda məhkumun görüşünə gələn azyaşlının cibindən görün nə tapıldı

5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, Penitensiar Xidmətdən verilən məlumata görə, məhkum Samir Xanhüseyn oğlu Məlikovla görüşə gəlmiş atası və onun azyaşlı nəvəsinin üzərinə baxış keçirilən zaman azyaşlının əynindəki şalvarının içəri hissəsində gizlədilən, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla  bağlı araşdırma aparılır.

09.08.2024 18:31
773