Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız öldü

Bakıda cərrahi əməliyyat keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxt sakini 1995-ci il təvəllüdlü Ülkər Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.

O, daha sonra evə buraxılıb, lakin dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

07.06.2024 13:52
936