Sabunçu rayonu, Ramana qəsəbəsində naməlum şəxs yetkinlik yaşına çatmayan oğlanı oğurlamağa cəhd edib.
Maskalı şəxsin uşağı təqib etdiyini görən çörək sexinin işçiləri dərhal hadisəyə müdaxilə edib və o, qaçaraq ərazidən uzaqlaşıb.
"Maskalı adamın uşağın arxasınca getdiyini gördük. Onun qışqırığını eşidəndə narahat olduq və dərhal çölə çıxdıq. Uşağın yanına getdikdə bədəninin titrədiyini gördük. Su verdikdən sonra özünə gəldi," - deyə şahid Baku TV-yə hadisə barədə danışıb.
Ətraflı süjetdə: