Bakıda maşına çırpılan mopedin sürücüsü öldü

Bakıda qəzada yaralanan moped sürücüsü ölüb.

Hadisə avqustun 25-də Xətai rayonu C. Həsənov küçəsində baş verib. 31 yaşlı Yaqublu Təbriz Roşan oğlu idarə etdiyi mopedlə dayanmış vəziyyətdə olan "İsuzu" markalı avtomobilin arxasına çırpılıb.

O, ağır xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və görülən tədbirlərə baxmayaraq, avqustun 30-da orada ölüb.

Faktla bağlı cinayət işi açılıb.//Lent.az

01.09.2024 17:00
580