Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 56 yaşlı Abdullayev Rüstəm Sərdar oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı kürək sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)