Daxili İşlər Nazirliyi Bakıda “Maşın bazarı” adlanan ərazidə baş verən kütləvi dava ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:
“Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.
***
Bakıda “Maşın bazarı” adlanan ərazidə kütləvi dava olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
@@TVmusavat/65240@@